1,8 milyon insan aksiyada

1,8 milyon insan aksiyada

Hazırda oxunan: 1,8 milyon insan aksiyada

54953
Sentyabrın 11-də “Kataloniya günü” münasibətilə, İspaniyanın Barselona şəhərində yüz minlərlə insanın qatıldığı aksiya keçirilib. Təşkilatçıların iddiasına görə aksiyada 1,8 milyon, İspaniya hökumətinin məlumatına görə isə 500 min insan iştirak edib.

Tədbirin əsas məqsədi, Kataloniya vilayətinin rəhbərliyi tərəfindən noyabrın 9-a təyin edilmiş, lakin İspaniya Konstitusiya Məhkəməsi tərəfindən qadağan olunan referenduma dəstək ifadə etmək idi.

Kataloniya vilayətinin rəhbəri Artur Mas çıxış edərək bildirib ki, Madrid bu böyük kütlənin səsini eşitməlidir və noyabrın 9-da referenduma mane olmamalıdır.
İspaniya hökuməti isə hələlik bu çıxışlarla bağlı heç bir rəsmi açıqlama verməyib. Yalnız aksiyadan bir neçə saat əvvəl çıxış edən İspaniyanın Baş naziri Mariano Raxoy ölkənin bütövlüyünə dəstək verən ifadələr işlədib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO