Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi MMA döyüşçüsü Kuat Xamitovu azad edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı BACE YouTube kanalı yayıb.
Mənbə qeyd edir ki, idmançı vətəndaş mövqeyini ifadə etdiyi üçün saxlanılıb. O, sosial şəbəkələrdə nümayişçilərə açıq dəstək verib, onları küçələrə çıxmağa çağırıb, hakimiyyəti tənqid edib.
“Onu döyüblər, sağlam yeri yoxdur, alnında kəllə sümüyü əzilib. Heç nə xatırlamır, məndən soruşur: “Ana, mən evə nə vaxt gəlmişəm? Haradan gəldim?". O, mütləq xəstəxanaya yerləşməlidir". Kuatın anası belə deyib.
Bizim.Media