Yanvarın 14-dən Azərbaycan Honq-Konqa girişi qadağan olunan ölkələrin siyahısına əlavə olunacaq.
Bizim.Media “The Standard”a istinadən xəbər verir ki, ölkədə COVID-19-un yeni ştamı - “omikron”un aşkarlanması ilə əlaqədar 21 gün ərzində ölkədə olan Honq-Konqun bütün qeyri-rezidentlərinin Xüsusi İnzibati Bölgəyə - Honq Konqa girişi qadağan ediləcək.
Azərbaycana səfər etmiş Honq-Konq sakinləri isə yalnız tam peyvənd olunduğu halda ölkəyə buraxılacaq.
Eyni zamanda, vətənə qayıtdıqdan sonra onlar xüsusi ayrılmış oteldə 21 günlük məcburi karantin rejimini gözləməli olacaqlar. Bu müddət ərzində həmin şəxslərdən altı test, həmçinin gəldiklərinin 26-cı günündə daha bir test alınacaq.
Hazırda Azərbaycan qadağa tətbiq edilən 140-a yaxın ölkənin siyahısına daxildir. Honq-Konq və ya Syanqanq Çinin Xüsusi İnzibati Bölgəsidir.
Honq-Konq ÇXR-in bir hissəsidir, lakin 2047-ci ilə qədər geniş muxtariyyətə malikdir. Honq-Konq idarəetmə hüququnu özündə saxlayır, öz qanunvericiliyi, siyasi sistemi, valyuta və pul siyasəti, muxtar immiqrasiya və viza siyasətinə malikdir.
O, beynəlxalq təşkilatlarda da statusunu qoruyub saxlaya bilər. Ancaq onun müdafiəsinə və xarici siyasətinə Çin cavabdehdir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:12 / 11.01.2022
Honq-Konq Azərbaycan vətəndaşlarının bu ölkəyə girişinə qadağa qoydu
Hazırda oxunan: Honq-Konq Azərbaycan vətəndaşlarının bu ölkəyə girişinə qadağa qoydu
Hazırda oxunan: Honq-Konq Azərbaycan vətəndaşlarının bu ölkəyə girişinə qadağa qoydu
54865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.