“Apple” şirkəti sosial şəbəkə yaradır

“Apple” şirkəti sosial şəbəkə yaradır

Hazırda oxunan: “Apple” şirkəti sosial şəbəkə yaradır

54837
“PandoDaily” portalı “Apple” mühəndislərinin komandasındakı mənbəyə istinadən yazır ki, ABŞ-ın “Apple” korporasiyası “Path” sosial şəbəkəsini satın ala bilər. O deyib ki, tərəflər kağız üzərində imza atmasalar da, razılığa gəliblər.

Moderator.az -ın İTAR-TASS  saytına istinadən bildirir ki, mənbənin iddiasına əsasən, şirkət “Path” sosial şəbəkəsini qismən və ya tamamilə “Messages” mesaj göndərmə xidməti ilə birləşdirmək niyyətindədir.

“Path” sosial şəbəkəsi “Facebook”un keçmiş top-meneceri Deyv Morin və “Napster”in həmtəsisçisi Şon Fenninq tərəfindən hazırlanıb. Xidmət xəbər, foto və musiqi paylaşmaq imkanına malik sosial şəbəkədir. Şəbəkə istifadəçisinin kontaktındakı dost limiti 150-dən çox ola bilməz. Auditoriyası 25 milyon istifadəçi təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO