Tokayev: ”Silahlılar KTMT-yə görə prezident iqamətgahını ələ keçirmədilər”

Tokayev: ”Silahlılar KTMT-yə görə prezident iqamətgahını ələ keçirmədilər”

Hazırda oxunan: Tokayev: ”Silahlılar KTMT-yə görə prezident iqamətgahını ələ keçirmədilər”

54662

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, silahlılar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti olan hərbi-nəqliyyat təyyarələrinin gəlməsi səbəbindən prezident iqamətgahını (Nur-Sultan şəhərindəki iqamətgah nəzərdə tutulur) ələ keçirməkdən imtina ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Qazaxıstan” nəşri yayıb. 

KTMT-nin videokonfransı zamanı o, Qazaxıstanın Almatı və doqquz regional mərkəzinin “quldurların əlində olduğunu” deyib, bundan sonra ölkə hakimiyyəti antiterror əməliyyatı elan edib və KTMT-dən kömək istəyib. Tokayevin sözlərinə görə, müraciət son dərəcə vaxtında olub.

“Paytaxta üç hərbi-nəqliyyat təyyarəsinin gəldiyindən xəbər tutan yaraqlılar prezident iqamətgahını ələ keçirmək planlarından əl çəkdilər”, – Qazaxıstan prezidenti qeyd edib.

Tokayev bundan əvvəl Qazaxıstanın genişmiqyaslı böhran yaşadığını və bu böhranın ölkənin bütün müstəqillik tarixində ən çətin olduğunu bildirib.

Xatırladaq ki, Qazaxıstanda iğtişaşlar zamanı Milli Qvardiyanın 394 əsgəri yaralanıb, daha 17 təhlükəsizlik işçisi öldürülüb.
Qazaxıstan Daxili İşlər Nazirliyi ölkədə iğtişaşlar zamanı 7,9 mindən çox adamın saxlanıldığını deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO