Qazaxıstanda itkin düşən rusiyalı aktyor tapıldı – DETALLAR

Qazaxıstanda itkin düşən rusiyalı aktyor tapıldı – DETALLAR

Hazırda oxunan: Qazaxıstanda itkin düşən rusiyalı aktyor tapıldı – DETALLAR

54485

Qazaxıstanda itkin düşən rusiyalı aktyor İlya Qlinnikov tapılıb. O, sağ-salamatdır. 

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan”ın müxbirinə Almatı şəhərinin Fövqəladə Hallar Departamentindən məlumat verilib.

Bütün bu günlərdə aktyor Qazaxıstan Alpinizm Federasiyasının nəzarəti altında Almatı dağlarında Tuyuk-Su düşərgəsində olub.

Bu səhər aktyor digər turistlərin tərkibində Medeoya, oradan da hava limanına aparılıb.

Tezliklə aktyor Rusiyaya qayıdacaq.

Daha əvvəl xəbər verilmişdi ki, “İnternı” serialının ulduzu İlya Qlinnikov “Talqar” zirvəsini fəth etməyə gedib və yanvarın 3-dən əlaqəni kəsib.

Mash teleqram kanalının məlumatına görə, o, Yeni ildən əvvəl Qazaxıstana yola düşüb və bir qrup turistlə birlikdə Talqar zirvəsinə yola düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO