Almatıda saxlanılanlardan biri Qırğızıstandan təyyarə ilə gəldiyini deyib.
Bizim.Media “Sputnik Qazaxıstan” nəşrinə istinadən xəbər verir ki, bununla bağlı “Qazaqstan TV” tərəfindən süjet hazırlanıb.
Qırğızıstanlı kişinin sözlərinə görə, kimsə onu 200 dollara mitinqə dəvət edib.
“Uçuşun və saxlandığımız yerin pulunu ödədilər. Bizimlə Özbəkistan və Tacikistandan da gələnlər var idi”, deyə o, qeyd edib.
Bizim.Media