Qazaxıstanda yanvarın 10-u matəm elan olundu - VİDEO

Qazaxıstanda yanvarın 10-u matəm elan olundu - VİDEO

Hazırda oxunan: Qazaxıstanda yanvarın 10-u matəm elan olundu - VİDEO

54381

Yanvarın 10-u Qazaxıstanda Ümummilli Matəm Günü elan olunub. 

Bizim.Media xəbər verir ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev bu qərarı ölkənin bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı qəbul edib.

Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar. 

Prezident Kasım-Jomart Tokayev yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirsə də dinc etirazlar digər şəhərlərə yayılıb.

Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib. 

Dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Qazaxıstana sülhməramlı qüvvələr göndərməklə bağlı müraciət edib və Təşkilat Qazaxıstana müvəqqəti olaraq sülhməramlılar göndərmək haqqında qərar qəbul edib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO