ABŞ-ın Las-Veqasda şəhərində keçirilən dünyanın ən böyük elektronika sərgisi CES 2022 (Consumer Technology Association) ilk Türkiyə istehsalı elektrik avtomobil Togg-un təqdimatı keçirilib.
Bizim.Media xəbər verir ki, TOGG şirkətinin bəyanatında ilk Türk elektrikli avtomobilin konseptinin 100 faiz türk əqli və sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirildiyi bildirilib.
CES 2022 Elektronika Sərgisi 5-7 yanvar tarixlərində Las-Veqasda keçirilir.
Türkiyədə ilk yerli avtomobillərin - elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.
2021-ci il noyabrın əvvəlində İstanbulda SUV seqmentinin TOGG elektrik krossover prototipinin müxtəlif sistemləri sınaqdan keçirilib. Dörd sərnişinlə elektromobil 0-dan 100 km/saata 4,8 saniyəyə sürətlənib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:51 / 06.01.2022
Türkiyə istehsallı avtomobil ABŞ-da təqdim olundu - FOTO
Hazırda oxunan: Türkiyə istehsallı avtomobil ABŞ-da təqdim olundu - FOTO
Hazırda oxunan: Türkiyə istehsallı avtomobil ABŞ-da təqdim olundu - FOTO
54040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.