Çeçenistan Prezidenti Ramzan Kadırov qazax xalqını təxribatçıların təsirinə düşməməyə çağırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, Qazaxıstanın taleyinə biganə olmadıqlarını deyib:
"Atam orada doğulub, babamın qardaşı orada dəfn olunub. Qardaş qazax xalqı ən çətin anlarımızda bizə sığınacaq verib", - deyə Çeçenistan rəhbəri bildirib.
MÖVZU İLƏ BAĞLI:
Kadırovun seçki nəticəsi dünya rekordu oldu
R.Kadırov etirazçıları təmkinli olmağa, aqressiv davranşılardan çəkinməyə çağırıb:
"Qazın qiymətinə görə insanlar küçələrə çıxdı: məhv edirlər, öldürürlər. Nə üçün aqressiv davranmaq lazımdır? Polisləri döyürlər. Onlar cinayət törədirlər, buna görə sonra cəzalarını alacaqlar. Müharibə heç vaxt yaxşılığa aparmır, müharibə məhv edir, məhv edir, öldürür... Bu etirazların başında duranlardan xahiş edirəm, dayansınlar, Uca yaradandan qorxun, o biri dünyada buna cavabdehsiniz”.
Bizim.Media