Zelenski Baydenlə söhbətində hansı səhvi buraxıb? – Ölkə bu barədə danışır

Zelenski Baydenlə söhbətində hansı səhvi buraxıb? – Ölkə bu barədə danışır

Hazırda oxunan: Zelenski Baydenlə söhbətində hansı səhvi buraxıb? – Ölkə bu barədə danışır

53951

Volodimir Zelenski Co Bayden ilə telefon danışığı zamanı Ukraynanın NATO-ya daxil olması məsələsində fikrini açıq şəkildə ifadə etməli idi, amma bunu dilə gətirməyib.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ukraynalı politoloq Dmitri Cangirov “Kapital” kanalının efirində deyib.

Ekspert xatırladıb ki, danışıqlar zamanı iki ölkə liderləri NATO və ATƏT vasitəsilə Rusiya ilə dialoq çərçivəsində diplomatik səyləri dəstəkləyiblər:

“Yəni Kiyev yanvarın 10-da Cenevrədə, daha sonra yanvarın 12-də Brüsseldə və yanvarın 13-də Vyanada başlayacaq danışıqları dəstəkləyir”, - deyə o, izah edib.

Bununla belə, ekspertin fikrincə, Zelenski “Heç kim NATO-ya Ukraynanı öz sıralarına qəbul etməyi, Ukraynanın isə alyansa qoşulmasını qadağan edə bilməz” şərtini səsləndirməli idi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO