Qazaxıstanın Manqistau vilayətinin Janaozen şəhərində qaz emalı zavodunun direktoru saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “zakon.kz” portalı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Tokayevdən təbii qazla bağlı SƏRƏNCAM: 6 ay qiymət qalxmayacaq
Maliyyə monitorinqi agentliyinin məlumatına görə, müəssisə rəhbəri qazın qiymətini əsassız olaraq qaldırıb. Faktla bağlı ibtidai istintaq başlayıb.
Bundan başqa, bu yanacaq növünün elektron ticarəti ilə məşğul olan saytın rəhbəri də saxlanılıb.
Qeyd olunur ki, “Qazaxıstan Qaz Emalı Zavodu” ölkənin əhəmiyyətli hissəsini, o cümlədən iğtişaşların baş verdiyi Manqistau vilayətini maye qazla təmin edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:22 / 05.01.2022
Qazaxıstanda qazın qiymətini qaldıran şəxs SAXLANILDI
Hazırda oxunan: Qazaxıstanda qazın qiymətini qaldıran şəxs SAXLANILDI
Hazırda oxunan: Qazaxıstanda qazın qiymətini qaldıran şəxs SAXLANILDI
53887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.