İlon Mask bir günə 32,6 milyard dollar qazandı

İlon Mask bir günə 32,6 milyard dollar qazandı

Hazırda oxunan: İlon Mask bir günə 32,6 milyard dollar qazandı

53858

Amerikalı milyarder İlon Maskın sərvəti bir gündə 32,6 milyard dollar artaraq 304,2 milyard dollara çatıb.

Bizim.Media xəbər verir ki, buna səbəb onun “Tesla” şirkətinin səhmlərinin qiymətinin sürətlə artmasıdır.

Keçən ilin noyabrında “Tesla” səhmlərinin qiymətləri bütün zamanların ən yüksək səviyyəsini təzələdikdə, Mask tarixdə 300 milyard dollar sərvətə sahib ilk şəxs olmuşdu.

İndi “Forbes”in reytinqinə əsasən, Fransanın LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno dünyanın ən varlı adamları siyahısında ikinci yerdədir, “Amazon”un baş direktoru Ceff Bezos isə ilk üçlükdədir. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO