COVİD-19 Antraktidaya da çatdı - QÜTB TƏDQİQATÇILARI TƏHLÜKƏDƏ

COVİD-19 Antraktidaya da çatdı - QÜTB TƏDQİQATÇILARI TƏHLÜKƏDƏ

Hazırda oxunan: COVİD-19 Antraktidaya da çatdı - QÜTB TƏDQİQATÇILARI TƏHLÜKƏDƏ

53732

Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, koronavirus Antarktidaya da çatıb. Belçikanın "Şahzadə Elizabet" tədqiqat stansiyasının 25 əməkdaşından 16-sı COVID-19-a yoluxub.

Bizim.Media xəbər verir ki, bu barədə "Le Soir" qəzeti məlumat yayıb.

Məlumata görə, ilk yoluxma halı dekabrın 14-də qeydə alınıb. Bütün qütb tədqiqatçıları Antarktidaya gəlməzdən əvvəl tam peyvənd olunub və müvafiq testlərdən keçiblər.

Bundan əlavə, onların hamısı Cənubi Afrikada on günlük karantindən keçib. Koronavirus testi müsbət çıxanlar isə evlərinə göndərilib.

Qütb fondu layihəsinin rəhbəri Josef Heek qeyd edib ki, vəziyyət dramatik deyil. Xəstəlik yüngül keçir:

“Təbii ki, yoluxmuş işçilərin bəziləri karantinə alınmalı idi. Lakin bu, stansiyanın fəaliyyətinə heç bir təsir göstərməyib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO