5 sahibsiz it azyaşlı qıza HÜCUM ETDİ – Qorxunc ANLAR / VİDEO

5 sahibsiz it azyaşlı qıza HÜCUM ETDİ – Qorxunc ANLAR / VİDEO

Hazırda oxunan: 5 sahibsiz it azyaşlı qıza HÜCUM ETDİ – Qorxunc ANLAR / VİDEO

53625

Hindistanda 5 sahibsiz it küçədə oynayan 4 yaşlı qıza hücum edib. Dəhşətli və qorxulu anlar təhlükəsizlik kameralarına əks olunub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Madya Pradeş ştatında yerləşən Bhopal şəhərində baş verib. 

Evinin yaxınlığında küçədə oynayarkən 5 sahibsiz itin hücumuna məruz qalan azyaşlı qolundan, ayağından və başından xəsarət alıb.

İtlərin kiçik qıza hücum etdiyini görən yerli vətəndaş itlərə daş ataraq onları təqib edib.

Polisdən verilən açıqlamada kiçik qızın xəstəxanada müalicə olunduğu bildirilib. 

Bhopalda yüz mindən çox sahibsiz itin olduğu təxmin edilir.

Bizim.Media

 


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO