2021-ci ildə Antalyaya 9,1 milyon xarici turist gəlib

2021-ci ildə Antalyaya 9,1 milyon xarici turist gəlib

Hazırda oxunan: 2021-ci ildə Antalyaya 9,1 milyon xarici turist gəlib

53494

Dünyanın ən populyar turizm məkanlarından biri olan Antalyaya 2021-ci ildə 9 milyon 94 mindən çox xarici turist gəlib.

Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Antalya Qubernatorluğunun mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, hava və dəniz yolu ilə şəhərə gələn turistlərin sayı əvvəlki illə müqayisədə xeyli artıb.

Türkiyənin kurort şəhəri təbii gözəlliyi, əlverişli iqlim şəraiti və tarixi abidələri ilə dünyanın hər yerindən turistlərin diqqətini cəlb etməkdə davam edir.

Ümumilikdə ötən il Antalyaya xarici turist axını 9 milyon 94 min 51 nəfər təşkil edib. Bundan başqa, Antalya hava limanı ilə 8 milyon 982 min 333, Qazipaşa hava limanı vasitəsilə 108 min 202, dəniz sərhədi məntəqələri vasitəsilə isə 3 min 516 turist gəlib. O cümlədən, təyyarə ilə gələn turistlərin sayı əvvəlki ilə nisbətən 164 faiz artıb.

2020-ci ildə Türkiyənin “turizm paytaxtı” 3 milyon 439 min 758 turist tərəfindən ziyarət edilib.

2021-ci ilin dekabr ayında Antalyaya gələn turistlərin sayı illik müqayisədə 213 faiz artıb. Həmin ərəfədə Türkiyənin “turizm paytaxtına” 193 542 turist səfər edib, 2020-ci ilin eyni dövründə bu rəqəm 61 848 turist olub.
2021-ci ildə ən çox turist Rusiyadan gəlib - 3 586 928. Onu Ukrayna (1 271 672), Almaniya (1 268 179) və Polşa  (416 924) izləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO