İran Şimal Dəmir Yolları İdarəsinin rəisi Xodayar Talebi Mazanadaran vilayətində yük qatarının relsdən çıxaraq aşması barədə informasiya yayıb.
Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, Talebi dekabrın 29-da bu haqda açıqlama verərək deyib:
"Bu gün səhər saatlarında yük qatarı Seyyidabad kəndi yaxınlığında relsdən çıxıb. Xoşbəxtlikdən hadisə zamanı insan tələfatı yoxdur".
O, "İRNA" agentliyinə açıqlamasında bildirib ki, hazırda dəmir yolu şirkətinin işçiləri hadisə yerindədir və yolu açmağa çalışırlar.
"Hadisənin baş vermə səbəbi məlum deyil. Bu dəmir yolu xəttində sərnişin qatarlarının hərəkəti ləğv edilə bilər. Belə bir qərar qəbul edilərsə, məlumat veriləcək", - deyə sonda o, əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:19 / 29.12.2021
İranın şimalında yük qatarı relsdən çıxaraq aşdı
Hazırda oxunan: İranın şimalında yük qatarı relsdən çıxaraq aşdı
Hazırda oxunan: İranın şimalında yük qatarı relsdən çıxaraq aşdı
53061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.