Şvartsenegger həyat yoldaşından rəsmən BOŞANDI - 10 illik məhkəmədən sonra 

Şvartsenegger həyat yoldaşından rəsmən BOŞANDI - 10 illik məhkəmədən sonra 

Hazırda oxunan: Şvartsenegger həyat yoldaşından rəsmən BOŞANDI - 10 illik məhkəmədən sonra 

53017

Amerikalı aktyor və siyasətçi Arnold Şvartsenegger on il davam edən məhkəmə proseslərindən sonra həyat yoldaşı Mariya Şrayverdən rəsmən boşanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə TMZ portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Arnold və Mariya 2011-ci ildə mediada Şvartseneggerin xadimədən oğlu olması xəbərinin yayılmasından sonra ayrıldıqlarını elan ediblər. Yalnız on il sonra cütlük rəsmi boşanmağa nail ola bilib.

Nəşr yazır ki, məhkəmənin belə uzun sürməsi “motivasiyanın olmaması” və əmlak bölgüsü ilə bağlı mübahisələrin həllinin çətinliyi ilə bağlıdır.
Mənbələrə görə, məhkəmə prosesində söhbət təxminən 400 milyon dollardan gedib. Nəticədə əmlak demək olar ki, yarıya bölünüb.

Şvartsenegger və Şrayverin dörd övladı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO