Cümə namazından sonra polis əhli-sünnə məscidində reyd keçirib.
Axar.az xəbər verir ki, Dərbənd polisi 60-a yaxın şəxsi avtobuslara dolduraraq polis bölməsinə aparıb. Bölmədə barmaq izləri alındıqdan sonra sərbəst buraxılıblar.
Qeyd edək ki, bu Dərbənd polisinin əhli-sünnə məscidlərində ilk belə reydi deyil.

























































































