Rusiya qoşunlarının bir hissəsini Ukrayna ilə sərhəddən çıxarır – “FOX NEWS”

Rusiya qoşunlarının bir hissəsini Ukrayna ilə sərhəddən çıxarır – “FOX NEWS”

Hazırda oxunan: Rusiya qoşunlarının bir hissəsini Ukrayna ilə sərhəddən çıxarır – “FOX NEWS”

52685

Gələn il Bayden administrasiyası ilə təhlükəsizlik danışıqlarına başlamaq üçün Rusiya Ukrayna sərhədindən 10 min əsgərini geri çəkib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Fox News” nəşri yayıb.

Rusiya hərbçiləri bildiriblər ki, sərhəd yaxınlığında uzunmüddətli təlimlər başa çatdıqdan sonra qoşunlar daimi dislokasiya yerlərinə qayıdıblar.

“Motoatıcı birləşmələrdə taqımların və ekipajların hərəkətlərinin hərbi əlaqələndirilməsi mərhələsi başa çatıb. Bölmələrin tərkibində 10 mindən çox hərbçi Əlahiddə Ümumqoşun poliqonlarının ərazisindən daimi dislokasiya məntəqələrinə yürüş edəcək”, - “İnterfaks” hərbi mənbələrə istinadən bildirib.

Qərb ölkələri noyabrda Ukrayna ilə sərhəddə sayı yüz minə çatdırılan hərbçi qrupunun toplanmasından narahat olduqlarını bildiriblər. Bəzi dövlətlər Rusiyanın 2014-cü ildə Krımı ilhaq etdiyi kimi hərəkət edərək, Ukraynanı işğal etməyə hazırlaşdığı barədə həyəcanlı bəyanatlar verməyə başlayıb. 

Putin dəfələrlə belə planları təkzib edib və iddia edib ki, ABŞ və onun Avropalı müttəfiqləri öz qoşunlarını Ukrayna sərhədindən keçirməyə haqq qazandırmaq üçün işğal qorxusu yaratmağa çalışırlar.
Putin yanvarda prezident Baydenlə aparacağı uzun müzakirələr öncəsi Qərb ölkələrini imzaladıqları öhdəliyə sadiq olmağa çağırıb. Həmin öhdəlikdə NATO Rusiyaya doğru genişlənməmilidir. 

O, Rusiyanın Ukrayna ilə bağlı gərginliyi azaltmaq üçün bu ay ABŞ-a verdiyi təkliflər barədə danışıb: "Siz bizə dərhal zəmanət verməlisiniz".

Putin ABŞ-ın təhlükəsizliklə bağlı təkliflərə müsbət reaksiya verdiyini bildirib və gələn il Cenevrədə keçiriləcək danışıqları səbirsizliklə gözlədiyini bildirib.

“Biz bu təhlükəsizlik təminatlarını ATƏT platformasında da müzakirə etməyə hazırıq. Ümid edirəm ki, bu ilk müsbət reaksiya yanvarın əvvəlində mümkün işə başlayacağımıza imkan verəcək”, - Putin bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO