ABŞ-ın vitse-prezidenti Rusiyanı “ən güclü” sanksiyalarla hədələdi

ABŞ-ın vitse-prezidenti Rusiyanı “ən güclü” sanksiyalarla hədələdi

Hazırda oxunan: ABŞ-ın vitse-prezidenti Rusiyanı “ən güclü” sanksiyalarla hədələdi

52606

ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib ki, Rusiya Ukraynadakı vəziyyətə görə hələ baş tutmayan sanksiyalarla üzləşə bilər.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bazar günü CBS telekanalının efirində o, ABŞ-ın öz mövqeyini müttəfiqləri ilə razılaşdırdığını və bunu birbaşa Rusiya hakimiyyətinin diqqətinə çatdırdığını açıqlayıb.

“Biz birbaşa Rusiya ilə danışırıq. Çox açıq şəkildə bildiririk ki, Rusiya Ukraynanın suverenliyinə qəsd etməməlidir, biz onun ərazi bütövlüyünü müdafiə edirik”, - deyə Harris qeyd edib.

“Biz müttəfiqlərimizlə işləyirik və əvvəllər görmədiyiniz sanksiyaları tətbiq etməyə hazır olduğumuzu açıq şəkildə bildirdik”, - deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO