İranda “prezervativ”ə QADAĞA qoyuldu – TƏFƏRRÜAT

İranda “prezervativ”ə QADAĞA qoyuldu – TƏFƏRRÜAT

Hazırda oxunan: İranda “prezervativ”ə QADAĞA qoyuldu – TƏFƏRRÜAT

52319

İran hakimiyyəti doğum səviyyəsini və əhalinin sayını artırmaq üçün əhalinin bütün qoruyucu vasitələrə çıxışı məhdudlaşdırıb. Bundan sonra iranlılar intim qoruma vasitələrini yalnız həkimin göstərişi ilə ala bilərlər. 

Bizim.Media xəbər verir ki, qadağa Mühafizə Şurasında “Gənclərin Əhali Planı” adlı qanun layihəsinin təsdiqindən sonra qüvvəyə minib. 
 

MÖVZU İLƏ BAĞLI:

İrana gedən qadın xəstələr, DİQQƏT! – Bundan sonra kişi həkimlər...


Konstitusiya Keşikçiləri Şurası İranda qanun layihələrinin və hökumət qərarlarının ölkə konstitusiyasına uyğunluğunun ekspert qiymətləndirilməsini həyata keçirən xüsusi parlamentdən yuxarı hakimiyyət orqanıdır.

Doğum səviyyəsinin artırılması üzrə tədbirlərlə bağlı təşəbbüs İranın dini lideri Ayətullah Xamenei tərəfindən irəli sürülüb.

O, hələ 2009-cu ildə əhalinin sayını 150 milyon nəfərə çatdırmaq istədiyini elan edib. Xameneinin fikrincə, belə demoqrafik artımla İran fövqəldövlət olmaq imkanı əldə edəcək. 

Hazırda İranın əhalisi 83 milyon nəfərdir ki, bunun da yarısı gənclərdir. Çoxuşaqlı ailələrin əksəriyyəti cəmiyyətin ən yoxsul təbəqələrindən olduğu üçün İran son vaxtlara qədər doğum səviyyəsini azaltmaq siyasəti aparırdı. Şəhərlərin küçələrində ailə planlamasını təbliğ edən və doğum nisbətini azaldan pankartlar quraşdırılıb. 

İranın Səhiyyə Nazirliyi yüksək riskli hamiləlik ifadəsini leksikondan çıxarıb. Hamiləlik dövründə skrininq üçün məhdudiyyətlər (valideynlərə və həkimlərə gələcək körpənin sağlamlığı haqqında ən dolğun məlumat əldə etməyə imkan verən tədqiqatlar toplusu) abort ehtimalını azaltmaq üçün tətbiq edilib.

İranda fəaliyyət göstərən yeganə “prezervativ” fabriki bu yaxınlarda yalnız ixrac üçün istiqamətləndirilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının QİÇS-lə Mübarizə üzrə Birgə Proqramı UNAİDS və ÜST-nin tövsiyələrində qeyd olunub ki, prezervativlərdən pulsuz istifadə İİV(HİV) infeksiyasının yayılmasının qarşısının alınması üçün ən vacib şərtdir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO