İranın paytaxtında güclü partlayış - 2 ölü, 8 yaralı var - VİDEO

İranın paytaxtında güclü partlayış - 2 ölü, 8 yaralı var - VİDEO

Hazırda oxunan: İranın paytaxtında güclü partlayış - 2 ölü, 8 yaralı var - VİDEO

52184

İranın paytaxtı Tehran şəhərinin mərkəzi bazarında güclü yanğınla nəticələnən partlayış baş verib.

Bizim.Media "Azad İran"-a istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Bu barədə məlumatı Tehran Şəhər Yanğından Mühafizə İdarəsinin sözçüsü Cəlal Mələki verib. Partlayışın baş vermə səbəbi haqqında hələlik heç bir məlumat yoxdur.

"Yanğınsöndürmə əməliyyatı başa çatıb, lakin yanğınsöndürənlər hələ də dağıntılar altında qalan daha biri şəxsi xilas etmək üçün axtarış aparırlar", - deyə C.Mələki bildirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO