Putin: “Məhəmməd peyğəmbərin rəsmlərini çəkmək qəbuledilməzdir”

Putin: “Məhəmməd peyğəmbərin rəsmlərini çəkmək qəbuledilməzdir”

Hazırda oxunan: Putin: “Məhəmməd peyğəmbərin rəsmlərini çəkmək qəbuledilməzdir”

52152

Xəbər verdiyimiz kimi, bu gün Rusiya prezidenti Vladimir Putin cari ilin yekunlarına həsr edilən böyük mətbuat konfransı keçirib.

Vladimir Putinə Məhəmməd Peyğəmbərə aid çəkilən rəsmlər və faşistlərin fotolarının “Ölməz alay”ın saytında yerləşdirilməsi ilə bağlı suallar verilib.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya lideri cavabında belə deyib:

“Bu, müsəlman dindarların hisslərinə təhqirdir və qəbuledilməzdir. Belə rəsmləri çəkmək yaradıcılıq azadlığı hesab edilmir. Faşistlərin fotolarını “Ölməz alay”ın saytında yerləşdirməyi də düzgün saymıram”. 

Qeyd edək ki, Vladimir Putinin on yeddinci mətbuat konfransı 3 saat 56 dəqiqə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO