“Omikron” ştamı bu ölkələrdə sürətlə yayılır

“Omikron” ştamı bu ölkələrdə sürətlə yayılır

Hazırda oxunan: “Omikron” ştamı bu ölkələrdə sürətlə yayılır

52038

“Omikron” ştamı Skandinaviya ölkələrində sürətlə yayılmağa başlayıb. Danimarka Səhiyyə Nazirliyinin məlumatına əsasən, COVID-19-a yoluxma hallarının davamlı artımı fonunda “omikron” ölkədə tamamilə dominantdır.

Bizim.Media xəbər verir ki, 5,8 milyon əhalisi olan Danimarkada son bir neçə gündə gün ərzində 13 mindən çox yeni yoluxma halı qeydə alınıb.

Yoluxma hallarının sayının bu qədər artması ilə üzləşən Danimarkada kinoteatrlar, teatrlar və konsert salonları qismən bağlanılıb, restoranların iş saatları məhdudlaşdırılıb.

Qonşu İsveç və Norveçdə də “omikron” ştamı ilə yoluxma hallarında artım müşahidə olunur.

Norveç Milli İctimai Səhiyyə İnstitutu artıq bildirib ki, onların hesablamalarına görə, bir neçə gündən sonra yeni mutasiya yeni yoluxma hallarının böyük əksəriyyətini təşkil edəcək. Virus mutasiyasının yayılması, öz növbəsində, epidemiyaya nəzarəti çətinləşdirəcək, çünki alimlərə “omikron” ştamının nə dərəcədə təhlükəli olduğu məlum deyil.

İsveçdə də “omikron”la bağlı artan təhlükə narahatlıqlar yaradır. Yeni mutasiyanın yayılmasından narahat olan krallığın səlahiyyətliləri artıq virusun yayılmasının qarşısını almaq üçün bir sıra məhdudiyyətlər tətbiq ediblər, buna baxmayaraq, yoluxmaların sayı artmaqda davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO