Ukraynaya silah satmağın qarşısını şəxsən Merkelin özü kəsib - TƏFƏRRÜAT

Ukraynaya silah satmağın qarşısını şəxsən Merkelin özü kəsib - TƏFƏRRÜAT

Hazırda oxunan: Ukraynaya silah satmağın qarşısını şəxsən Merkelin özü kəsib - TƏFƏRRÜAT

0:00
0:00
50563

Almaniyanın keçmiş kansleri Angela Merkel şəxsən NATO vasitəsilə Ukraynaya silah tədarükünə qarşı olub.

Bizim.Media “Bild”ə istinadən xəbər verir ki, may ayında Almaniya veto hüququndan istifadə edərək, Ukrayna tərəfindən ödənilən Amerikanın Barrett tüfənglərinin və Litvanın dron əleyhinə silahlarının tədarükünü əngəlləyib. 

“Eyni zamanda, Merkel hökuməti Niderlandı öz qərarını dəstəkləməyə məcbur edib. Nəticədə “Almaniya satışın yeganə rəqibidir” təəssüratı yaranmayıb”, - deyə  mənbə qeyd edib.

Bildirilir ki, avqust ayında Ukrayna prezidenti Vladimir Zelenski Merkelin Kiyevə səfəri zamanı şəxsən ondan tədarüklə bağlı vetonu aradan qaldırmağı xahiş edib. Lakin kansler ona “bundan söhbət gedə bilməz” sözlərini deyib.

Berlin yalnız noyabrın sonunda Ukraynaya dron əleyhinə silahların tədarükü ilə bağlı vetonunu ləğv edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO