Litvanın Daxili İşlər Nazirliyi Belarusdan ölkəyə keçmiş miqrantların vətənlərinə qayıtması üçün qiymətləri açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Al-Arabia” nəşri yayıb.
Mənbə yazır ki, öz ölkəsinə könüllü olaraq qayıtmağa qərar verən hər miqrant 1 000 avro və evinə pulsuz bilet alacaq.
"Ümid edirik ki, bu məbləğ Litvanı könüllü olaraq tərk etmək istəyənlərin sayını artıracaq", - nazirliyin məlumatında deyilir.
Hazırda Litvada olan 3 272 miqrantdan yalnız 54-ü qaçqın statusu ilə təmin edilib.
Bizim.Media