Rusiya-Ukrayna: Bayden Putin və Zelenskidən sonra kimə zəng edib? - DETALLAR

Rusiya-Ukrayna: Bayden Putin və Zelenskidən sonra kimə zəng edib? - DETALLAR

Hazırda oxunan: Rusiya-Ukrayna: Bayden Putin və Zelenskidən sonra kimə zəng edib? - DETALLAR

49973

ABŞ prezidenti Co Bayden NATO-nun “şərq cinahını” təşkil edən ölkələr qrupu olan “Buxarest doqquzluğu”nun liderləri ilə Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıb.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı Ağ Evin Mətbuat xidməti yayıb.

Söhbət Baydenlə Rusiya prezidenti Vladimir Putinin onlayn görüşündən və Ukrayna lideri Vladimir Zelenskiyə zəngdən sonra baş tutub.

Xatırladaq ki, “doqquzluğ”a Bolqarıstan, Çexiya, Litva, Latviya, Estoniya, Macarıstan, Polşa, Rumıniya və Slovakiya daxildir.

Söhbətin məzmunu barədə məlumat verilməyib. Daha əvvəl Bayden administrasiyası müttəfiqlərini Putinlə qarşılıqlı əlaqəsi barədə məlumatlandırmaq, onların mövcud təhlükəsizlik vəziyyəti ilə bağlı fikirlərini dinləmək və ABŞ-ın transatlantik həmrəyliyə sadiqliyini vurğulamaq planlarından söz açıb.

Qeyd edək ki, dekabrın 7-də Rusiya və ABŞ prezidentləri arasında onlayn danışıqlar baş tutub.

Təxminən iki saat davam edib. Görüş zamanı Putin amerikalı həmkarına deyib ki, “qırmızı xətlər” NATO-nun daha da şərqə doğru hərəkəti və Ukraynaya hücum silahlarının yerləşdirilməsidir.

Bayden isə öz növbəsində Vaşinqtonun Kiyevə əlavə hərbi yardım göstərəcəyi və blokun şərq bayrağını gücləndirəcəyi ilə hədələyib.

Moskva dəfələrlə “təcavüz” ittihamlarını rədd edərək, heç kimi təhdid etmədiyini və heç kimə hücum etmək fikrində olmadığını vurğulayıb. Moskvanın fikrincə, Qərb Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bu cür bəyanatları bəhanə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO