İsraillə Mərakeş arasında tarixi razılışma

İsraillə Mərakeş arasında tarixi razılışma

Hazırda oxunan: İsraillə Mərakeş arasında tarixi razılışma

4953

Mərakeşlə İsrail ABŞ-ın vasitəçiliyi ilə diplomatik əlaqələr qurmaq üçün razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bununla bağlı ABŞ Prezidenti Donald Tramp tvitterdə paylaşım edib.

Tramp bldirib ki, Mərakeşin Qərbi Sahara üzərindəki hakmiyyətini tanıdığımıza dair bir bəyannamə imzalayıb:

“Mərakeşin ciddi, etibarlı və realist muxtariyyət təklifi davamlı sülh və rifah üçün yeganə həll yoludur”, - deyə o vurğulayıb.

Mərakeşin 1777-ci ildə ABŞ-ı tanıdığını xatırladan Tramp bu səbəbdən ölkənin Qərbi Sahara üzərində hökmranlığını tanıdıqlarını qeyd edib. 

Bundan əlavə, ABŞ lideri tarixi addım atıldığını vurğulayıb: “İki böyük dostumuz İsrail və Mərakeş Krallığı tam diplomatik əlaqələr qurmağı qəbul etdilər. Bu, Orta Şərqdə sülh prosesində böyük bir irəliləyişdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO