İrəvandan Minsk və Moskvaya növbəti XƏYANƏT: Müxalifətçi jurnalist Lukaşenkoya verilmədi

İrəvandan Minsk və Moskvaya növbəti XƏYANƏT: Müxalifətçi jurnalist Lukaşenkoya verilmədi

Hazırda oxunan: İrəvandan Minsk və Moskvaya növbəti XƏYANƏT: Müxalifətçi jurnalist Lukaşenkoya verilmədi

0:00
0:00
49484

Son vaxtlar ABŞ-ın Ermənistandakı səfirliyinin vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqə baxımından fəaliyyəti xeyli aktivləşib. Amerika diplomatik missiyası Paşinyan hökumətinin verdiyi kart-blanşdan istifadə edərək, postsovet məkanında rəngli inqilablar təşkil etmək adı altında hər cür tədbirlər keçirərək, beynəlxalq axtarışda olan fəalın İrəvana gəlməsini təşkil edib.

Bizim.Media xəbər verir ki, ABŞ səfirliyi Belarusun tanınmış müxalifətçi jurnalisti Anna Lyubakovanı İrəvana dəvət edib.

Şübhə yoxdur ki, amerikalıların jurnalistin Ermənistanın KTMT-dəki müttəfiqi Belarusda axtarışda olduğundan xəbərləri var imiş.

Mənbə yazır ki, dekabrın 3-də İrəvana çatan kimi axtarışda olan Lyubakova Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Maraqlıdır ki, Belarus vətəndaşının həbsindən dərhal sonra ABŞ Dövlət Departamenti onun müdafiəsinə qalxıb. Amerikalılar Ermənistan hakimiyyətindən jurnalisti azad etməyi və onun planlaşdırılan tədbirdə iştirakına razılıq verməyi tələb ediblər. Danışıqlar nəticəsində qısa müddətdə kompromis həll yolu tapılıb. Haqqın.az yazır ki, nəticədə Lyubakova azad edilib və Ermənistan ərazisindən çıxıb.

Ermənistan hakimiyyəti jurnalistin rəsmi Minskə qarşı olduğunu, həm də Rusiya əleyhinə təbliğat apardığını bilirdi. Lyubakova kimi fəalların hərəkətləri nəticəsində bir müddət əvvəl Belarusda daxili siyasi vəziyyət gərginləşmişdi.

Yuxarıda göstərilən amilləri nəzərə alan Ermənistan axtarışda olan şəxsi KTMT müttəfiqinə təhvil verməyə borclu idi.

Lakin ABŞ-ın təsiri altında olan Ermənistan hakimiyyəti həbs faktını gizlətmək, bununla da Minsk və Moskvanın maraqlarını qurban vermək qərarına gəlib.

Bu baxımdan sual yaranır: ikitərəfli və çoxtərəfli öhdəliklərini yerinə yetirməyən Ermənistan müttəfiqlərdən öz milli təhlükəsizliyinin təmin edilməsində fəal iştirakını necə tələb edə bilər? Bütün suallar fəaliyyəti ABŞ səfirliyi ilə  bağlı olan Paşinyanın ofisinədir...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO