Ən çox spirtli içkini bu ölkələrdə içirlər - SİYAHI

Ən çox spirtli içkini bu ölkələrdə içirlər - SİYAHI

Hazırda oxunan: Ən çox spirtli içkini bu ölkələrdə içirlər - SİYAHI

49188

Ən çox spirtli içki içən millət avstraliyalılardır. 

Bizim.Media xəbər verir ki, bu haqda  informasiya “Global Drug Survey 2021” tədqiqatında yer alıb.

Avstraliyalı respondentlər bildiriblər ki, onlar digər ölkədən daha çox, ildə orta hesabla 26 dəfə və ya ayda təxminən iki dəfə içki içirlər.

Amerikalılar da dünyanın ən çox spirtli içki qəbul edənlər arasındadır. Onlar ayda iki dəfədən bir qədər az və ya ildə 23 dəfə içki içdiklərini deyirlər.

Bundan sonra Danimarka və Finlandiya gəlir. Burada ildə orta hesabla alkoqoldan 23 sərxoş halı qeydə alınır ki, bu da dünya üzrə orta göstəricidən (ildə 14,6 dəfə) az qala iki dəfə yüksəkdir.

Tədqiqat həmçinin iştirakçıların ildə spirtli içki qəbul etdiyi günlərin sayına da baxıb, reytinqlər əhəmiyyətli dərəcədə dəyişib.

Fransa ildə 132 gün və ya həftədə təxminən üç gün içki qəbul etməklə birinci olub. Onu 120 günlə Yeni Zelandiya və 112 günlə Niderland izləyir.

Orta hesabla ABŞ respondentləri ildə 83 gün, təxminən həftədə iki dəfə içki içirlər. Bu, ildə 101 içki olan dünya ortalamasından bir qədər aşağıdır.

Ən çox içki içən ilk on ölkə bunlardır:

Avstraliya: 26,7

Danimarka: 23.8

Finlandiya: 23.8

Amerika Birləşmiş Ştatları: 23.1

Birləşmiş Krallıq: 22.5

Kanada: 22

İrlandiya: 20

Fransa: 17.5

İsveç: 16

Niderland: 15.7 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO