Misir mətbuatı Qələbəmizdən yazdı

Misir mətbuatı Qələbəmizdən yazdı

Hazırda oxunan: Misir mətbuatı Qələbəmizdən yazdı

4844

Misirin “Aldiplomasy” qəzetinin Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsinə həsr edilmiş xüsusi buraxılışı dərc olunub.

Bizim.Media xəbər verir ki, qəzetin on iki səhifəlik buraxılışında 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı böyük Zəfərdən bəhs edilir, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müsahibə və xalqa müraciətlərindən mühüm məqamlar, onun işğaldan azad edilmiş rayonlara səfərləri, Ağdam məscidində çıxışı, habelə xalqımızın Qələbə sevinci və ölkəmizin düşmən tapdağından xilas edilmiş ərazilərində füsunkar təbiət mənzərələri haqqında yazılar və fotoşəkillər yer alıb.

Qəzetin baş redaktoru, tanınmış jurnalist Məhəmməd Səlamə ön sözündə xüsusi buraxılışın Azərbaycan xalqının Vətən müharibəsində şanlı Qələbəsinə həsr edildiyini yazıb. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO