İstanbulda baş verən fırtına nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 19 nəfər xəsarət alıb.
Yaralılardan 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
***
İstanbulda dünəndən etibarən əsən cənub-qərb küləyi və fırtına səhər saatlarından etibarən daha da güclənib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “haberler.com” saytında yerləşdirilib.
Mənbə yazır ki, bu gün İstanbulun Esenyurt bölgəsindən üzücü xəbər gəlib. Binanın uçan damı vətəndaşların üstünə düşüb.
Damın altında qalan vətəndaşlardan Elif Şanver və daha bir nəfər həyatını itirib. Yaralıların da olduğu deyilir. Sürəti 130 kilometrə çatan fırtına Beylikdüzündə də bir binaya ziyan verib.
Bu baxımdan səhər saatlarında şəhərin cənub-şərq bölgəsində həyat iflic vəziyyətinə düşüb. Hadisə yerinə polis və tibb işçiləri göndərilib.
Şiddətli külək zamanı Pendik sahilində 2 balıqçı qayığı batıb. Qayıqlardan biri qayalara çırpılaraq parçalanıb.
İstanbulun digər rayonlarından da qorxulu xəbərlər gəlir. Beşiktaşda çinar ağacı park edilmiş avtomobilin üzərinə düşüb.
Bizim.Media