Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, Beştəpə iqamətgahında baş tutacaq toplantıda ölkənin daxili və xarici siyasətinə dair məsələlər müzakirə olunacaq.
İclasda Suriya, Livya, Aralıq dənizindəki son durumla bağlı fikir mübadiləsi aparılacaq.
Türkiyə hökumətinin toplantısında həmçinin Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin müzakirə olunacağı da gözlənilir.
Türkiyə iqtisadiyyatındakı son vəziyyətin də müzakirə olunacağı toplantıda koronavirus pandemiyası ilə mübarizə tədbirləri, ölkədə virusa yoluxma hallarının artmasının qarşısını almaq üçün atılacaq addımlar və peyvəndlənməndəki son vəziyyət nəzərdən keçiriləcək.
İclasdan sonra R.T.Ərdoğan mətbuat konfransı keçirərək, qəbul edilən qərarları ictimaiyyətə açıqlayacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:32 / 22.11.2021
Ərdoğanın sədrliyi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət MÜZAKİRƏ EDİLƏCƏK
Hazırda oxunan: Ərdoğanın sədrliyi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət MÜZAKİRƏ EDİLƏCƏK
Hazırda oxunan: Ərdoğanın sədrliyi ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət MÜZAKİRƏ EDİLƏCƏK
47067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.