Kaliforniyada 3 erməniyə həbs cəzası verildi - 20 milyon dollar mənimsəyiblər

Kaliforniyada 3 erməniyə həbs cəzası verildi - 20 milyon dollar mənimsəyiblər

Hazırda oxunan: Kaliforniyada 3 erməniyə həbs cəzası verildi - 20 milyon dollar mənimsəyiblər

46623

Kaliforniyalı bir cütlük qanunsuz olaraq COVID-19 yardım fondundan 20 milyon dollardan çox aldığı üçün həbs cəzasına məhkum edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ABŞ-ın Ədliyyə Nazirliyi yayıb. 

Mənbə yazır ki, 43 yaşlı Riçard Ayvazyan 17, 37 yaşlı həyat yoldaşı Marietta Terabelyan isə bank fırıldaqçılığında və çirkli pulların yuyulmasında ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onların hər ikisi axtarışdadır, barələrində qiyabi hökm çıxarılıb. Federal səlahiyyətlilər deyiblər ki, cütlük avqustun 29-da izləmə bilərziklərini söndürüblər.

Hakim Stiven Uilson hökm oxunarkən Ayvazyanı "qanunlara hörmət etməyən, fırıldaqçılığı nailiyyət hesab edən ürəksiz fırıldaqçı" kimi təsvir edib. Hakim Ayvazyanın qardaşı 41 yaşlı Arturu da 5 il müddətinə azadlıqdan məhrum edib.

İyunun 25-də federal münsiflər heyəti Riçard Ayvazyan, Artur Ayvazyan və Terabelyanı bank və elektron fırıldaqçılıqda sui-qəsddə təqsirli bilib.

Riçard Ayvazyan və qardaşı, həmçinin şəxsi informasiyaları saxtalaşdırmaqda təqsirli biliniblər.
Federal Təhlükəsizlik Xidməti Riçard Ayvazyan və Marietta Terabelyan haqqında məlumat verənə 20 min dollara qədər mükafat təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO