Təbrizin Azad Universitetində türk dili kafedrasının açılmasına icazə verilmir - VİDEO

Təbrizin Azad Universitetində türk dili kafedrasının açılmasına icazə verilmir - VİDEO

Hazırda oxunan: Təbrizin Azad Universitetində türk dili kafedrasının açılmasına icazə verilmir - VİDEO

46104

İran Elm Nazirliyi Təbrizin Azad Universitetində türk dili və ədəbiyyatı kafedrasının açılmasına icazə vermir. 

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə universitetin rektoru Əziz Cavanpur noyabrın 14-də bildirib.

“Təbriz Azad Universitetinin rektoru olduğum dövrdə türk dili və ədəbiyyatı bölmələrinin açılması ilə bağlı müraciətimi Ümumi Mədəniyyət Şurası qəbul etsə də, Elm Nazirliyi buna icazə verməyib"- deyə o bildirib.

O, yalnız Təbriz Universitetində belə bir bölmənin açılmasına imkan verildiyini, başqa universitetlərdə buna maneçilik törədildiyini söyləyib.

“Elm Nazirliyi icazə versə, Təbriz Azad Universitetində türk dili və ədəbiyyatı bölməsini aça bilərik”, deyə Əziz Cavanpur qeyd edib.

Xatırladaq ki, İranda on milyonlarla Azərbaycan türkü ana dilində təhsil ala bilmir. Yalnız Təbriz Universitetində türk dili və ədəbiyyatı kafedrası fəaliyyət göstərir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO