“Rusiya Belarus və Aİ sərhədində gərginlik fonunda, Ukraynaya qarşı hücuma keçə bilər”.
Bizim.Media xəbər verir ki, bu fikri Ukraynanın hərbi icmalçısı Aleksey Arestoviç səsləndirib.
“Dom” telekanalının efirində Rusiya Federasiyasının sərhəddəki gərginlik fonunda hücuma keçməyə qadir olub-olmaması sualına o, belə cavab verib:
“Mən orada işlədiyim müddət ərzində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Üçtərəfli Əlaqə Qrupunun nəticələrini hələ görüş davam edərkən elan etməyə başlamışdı. Görüş gedirdi və o, əvvəlcədən hazırlanmış nəticələri artıq səsləndirirdi. Nəticə çox sadə idi.
MÖVZU İLƏ BAĞLI:
Rusiya ilə Ukrayna arasında müharibə ola bilər? - Zelenskinin CAVABI
Biz militarist qüvvələr yaradırdıq, Donbasa hücum etmək istəyən ilk Kiyev idi və NATO ona kömək edirdi. Fransa və Almaniyanın Kiyevin mövqeyini tutduqlarını və NATO-nun onlara Qara dənizdə qruplaşma yaratmalarına kömək etdiyini daha sonra Putin də söyləmişdi”.
Arestoviç bu vəziyyəti “pis” qiymətləndirib.
“2014-cü ildən bəri ilk dəfə olaraq hərbi təhlükə səviyyəsi - 2013-cü ilin sonu - 2014-cü ilin əvvəlindəkinə bənzəyir. Həmin vaxt onlar artıq Krımı ələ keçirməyə hazırlaşırdılar”, - deyə Aleksey Arestoviç vurğulayıb.
Bizim.Media