Şeyx Nazim Kıbrısi həyatını itiribmi?

Şeyx Nazim Kıbrısi həyatını itiribmi?

Hazırda oxunan: Şeyx Nazim Kıbrısi həyatını itiribmi?

45750

Moderator.az  Doğan Xəbər Agentliyinə istinadən xəbər verir ki, bir çox ölkədə müridləri olan Nəqşibəndi təriqətinin  lideri Şeyx Nazim Kıbrısi səhər saatlarında Yaxın Şərq Xəstəxanasında vəfat edib. 92 yaşlı Şeyx Nazim Kıbrısi uzun müddətdir ağciyər və böyrək çatmazlığı diaqnozu ilə müalicə alırmış.

Xəstənin yaxınları  Haberturk.com-a Kıbrısinin öldüyünü təsdiqləməyib. Yaxın Şərq Universiteti Xəstəxanasının  baş həkimi Dr. Sevim Turan  isə şeyxin vəziyyətinin kritik olduğunu,  ancaq hələ həyatını itirmədiyini bildirib.

Mutasavvıf və Nakşibəndi təriqətinin tanınmış simalarından olan Şeyx Məhəmməd Nazim Adil Kıbrısi 21 Aprel 1922-ci ildə Cənubi Kiprin Larnaka şəhərində anadan olub.1940-cı ildə İstanbul Universiteti kimya fakültəsində ali  təhsil alıb. Türk , ərəb, ingilis və yunan  dillərini bilirdi.

 Tələbəlik illərində Nəqşibəndi  təriqətinin şeyxi Süleyman Erzurumi ilə tanış olub. Bir müddət sonra şeyxinin izni ilə Şama gedərək Şeyx Abdullah Dağıstaninin tələbəsi olub. 1973-cü ildə Dağıstaninin ölmündən sonra onun yerinə keçib. O, 2011-ci ildə oğlu Məhmət Ədalətlini özünə varis elan etmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO