Noyabrın 11-də Güney Azərbaycan və İranın bir sıra şəhərlərində müəllimlərin etiraz aksiyaları baş tutub.
Bizim.Media "Azad İran Telegram kanalına istinadən xəbər verir ki, ümumilikdə 50 şəhərdə keçirilən etirazlara hazırda çalışan müəllimlərlə yanaşı təqaüdə çıxan təhsil işçiləri də qatılıblar.
İran Azad Həmkarlar Birliyinin məlumatına görə, aksiyalarda çox sayda müəllim tutulub və polislər tərəfindən döyülüb.
İranın müxtəlif şəhərlərində, həm də Güney Azərbaycanın Həmədan, Zəngan, Ərdəbil, Təbriz, Qəzvin və Culfa şəhərlərində müəllimlər yerli Təhsil İdarələri qarşısına toplaşıblar.
Etirazçılar, müəllimlərin və təhsil sahəsində çalışanların hüquqlarının pozulmasına, dövlət büdcəsindən təhsil sahəsinə cüzi məbləğin ayrılmasına etiraz edib və təqaüdlərin bərabərləşdirilməsini tələb ediblər.
Narazılar habelə fəal müəllimlərin həbs olunmasına da etirazlarını bildiriblər.
Bizim.Media