Dünyada koronavirusa yoluxanların sayı 249 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 249 milyonu ötdü

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 249 milyonu ötdü

45025

Dünyada koronavirusa yoluxma halların sayı 249 549 888-ə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, pandemiya ərzində dünyada COVID-19-dan ölənlərin sayı 5 044 893 nəfərə yüksəlib.

Qeyd edilir ki, koronavirus əleyhinə peyvənd olunanların sayı 7,2 milyardı keçib.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerdə Hindistan, Braziliya, Böyük Britaniya, Rusiya və digər ölkələr qərarlaşıb.

Birləşmiş Ştatlar dünyada COVID-19-dan ölüm sayına görə də birincidir. Siyahıda ikinci yerdə Braziliya, üçüncü yerdə Hindistan (452 290) qərarlaşıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO