Bu şəhər gələn il İslam dünyasının mədəniyyət paytaxtı olacaq - FOTO

Bu şəhər gələn il İslam dünyasının mədəniyyət paytaxtı olacaq - FOTO

Hazırda oxunan: Bu şəhər gələn il İslam dünyasının mədəniyyət paytaxtı olacaq - FOTO

44974

Mərakeş Krallığının paytaxtı - Rabat şəhəri 2022-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı olacaq.

Bizim.Media xəbər verir ki, bunu Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) baş direktoru Salem bin Məhəmməd əl-Malik Mərakeşin gənclər, mədəniyyət və kommunikasiyalar naziri Məhəmməd Mehdi Bensaid ilə görüşündə deyib.

Baş direktor bildirib ki, Rabatın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi qarşıya böyük vəzifə qoyur. O qeyd edib ki, təşkilatın mənzil qərargahı elə bu şəhərdə yerləşir.

Mərakeşli nazir öz növbəsində bildirib ki, bu qərar pospandemiya dövründə yerli və milli səviyyədə mədəni canlanmaya töhfə verəcək.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO