Koronavirusla bağlı xəbərlər yaxşı deyil: Daha bir neçə il davam edəcək və...

Koronavirusla bağlı xəbərlər yaxşı deyil: Daha bir neçə il davam edəcək və...

Hazırda oxunan: Koronavirusla bağlı xəbərlər yaxşı deyil: Daha bir neçə il davam edəcək və...

44247

Almaniyanın “BioNTech” şirkətinin qurucuları, türk professorlar Özlem Türeci və Uğur Şahin koronavirusun gələcəyinə və yeni ştammlara qarşı vaksinlərlə bağlı açıqlama veriblər.

Bizim.Media xəbər verir ki, professorlar pandemiyanın nə vaxt bitəcəyi ilə bağlı dəqiq vaxt söyləməyin çətin olduğunu deyiblər:

"Bu çətin sualdır, çünki biz virus haqqında, onun vaksinlərə necə reaksiya verməsi ilə bağlı hər gün yeni bir şey öyrənirik. Bu baxımdan daha bir neçə il koronavirusla yaşamalı olacağıq. İllər keçdikcə COVID-19 qrip virusu statusu qazanacaq, əhalinin müəyyən qrupları ildə bir və ya iki dəfə peyvənd olunacaq. Koronavirus daha idarə oluna bilən virus halına gələcək”, - deyə Özlem Türeci bildirib.

Onun həmkarı Uğur Şahin isə yeni ştammlara qarşı vaksinlərdən danışıb:

“Hazırda mövcud vaksinlərin dəyişdirilməsinə ehtiyac yoxdur. Lakin biz yeni ştammlara qarşı vaksinlər istehsal edə bilərik. Onlar da hazırda istifadə etdiyimiz vaksinlər qədər təhlükəsiz olacaq”, - deyə Uğur Şahin vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO