Fransanın paytaxtı Parisdə “Qlobal təhlükəsizlik haqqında" Qanun layihəsinin 24 maddəsinə qarşı yeni genişmiqyaslı aksiya keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Məlumata görə, aksiya zamanı polislərə daş və fişənglər atılıb. Buna görə də, polis əməkdaşları gözyaşardıcı qazlardan istifadə edib.
Etirazçılar arasında adətən aksiyalarda qarışıqlıqlar yaradan qara paltarlı adamlar da olub. Onlar avtomobillərə od vurublar.
Aksiyalar sabah Fransanın başqa şəhərlərində keçiriləcək.
Bizim.Media