ÜST yenə QORXUTDU: “Daha ağır virus gəlir”

ÜST yenə QORXUTDU: “Daha ağır virus gəlir”

Hazırda oxunan: ÜST yenə QORXUTDU: “Daha ağır virus gəlir”

43939

Qarşıdakı illərdə bizi daha ağır xəstəliklər gözləyir. Yeni qorxulu virusun yaranması an məsələsidir və onun yayılmasının qarşısını almaq mümkün olmayacaq.

Bizim.Media xəbər verir ki, belə qorxulu bəyanatla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Qızdırma salan dərmanlar virusu yayır” – Qorxulu virus haqqında 7 FAKT


O, bildirib ki, Yer kürəsində belə bir virusun nə vaxtsa yaranması bioloji baxımdan danılmazdır:

"Bu pandemiyaya son qoysaq da, yarana biləcək növbəti pandemiyaya hazırlaşmaq lazımdır. İndiki pandemiyadan isə təcrübə toplayaraq dərs çıxarmalıyıq. Mən dəqiq deyirəm, bioloji baxımdan nə vaxtsa bizim qarşısını ala bilməyəcəyimiz başqa bir virus bir də olacaq”.

ÜST rəhbəri sonda qeyd edib ki, ona görə də dünya pandemiya ilə mübarizənin təmini üçün yeni maliyyə mexanizminə keçid eləməlidir, dövlətlər buna biganə qalmamalıdır.

Səhiyyə sferasında təhlükələrlə mübarizənin maliyyələşməsi üzrə yeni şuranın yaradılmasına və daha təsirli idarəetməyə ehtiyac var. Bütün bunlar olmasa, COVİD-19 zamanı yaşadığımız bütün faciələrin 5-10 misli qaçılmaz olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO