Azərbaycan dənizçiləri anım dəqiqəsinə qoşulub - VİDEO

Azərbaycan dənizçiləri anım dəqiqəsinə qoşulub - VİDEO

Hazırda oxunan: Azərbaycan dənizçiləri anım dəqiqəsinə qoşulub - VİDEO

4323

Bu gün saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Vətən müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) dənizçiləri də sükut dəqiqəsinə qoşulublar.

Bizim.Media xəbər verir ki, bu barədə ASCO-dan məlumat verilib.

Məlumata görə, gəmilərdən fasiləsiz fit səsi verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncam imzalayıb. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO