Havamız Çindən asılı olacaq

Havamız Çindən asılı olacaq

Hazırda oxunan: Havamız Çindən asılı olacaq

4322

Çin yağışı-qarı idarə etmək üçün sınaqlara başlayıb. Bu dünya üçün yeni təhlükələr yarada bilərmi?

Bizim.Media CNN-in Honkong bürosuna istinadən məlumat verir ki, Çin 5.5 milyon kvadrat kilometr ərazini əhatə edəcək hava modifikasiyası proqramını yaxınlarda təcrübədən keçirəcək.

Çin Dövlət Şurasından verilən açıqlamaya görə, Çində 2025-ci ilədək təhlükəsizlik risklərinə qarşı hərtərəfli profilaktika sahəsində mühüm addımlar atılacaq. Bu addım içərisində təbii fəlakətlərin aradan qaldırılması, kənd təsərrüfatı məhsulları istehsalı, meşə və otlaq yanğınlarına təcili cavab tədbirləri və qeyri-adi dərəcədə yüksək istilik, quraqlıqlarla mübarizə aparılması xüsusilə önəm daşıyır.

Çin uzun müddətdir ki, əkin sahələrini qorumaq və təbii fəlakətlərin qarşısını almaq məqsədilə havanı idarə etməyə çalışırdı. Son illərdə aparılan araşdırmalara görə, buludlara az miqdarda gümüş yodidin səpilməsi nəticəsində hissəciklərin ətrafda sıxlaşır və yaranmış ağırlıq nəticəsində nəticədə planlaşdırılan ərazidə yağıntınin miqdarını artırıb azaltmaq mümkün olur.

Çin son illərdə iqlimin idarə olunması texnologiyalarnın inkişaf etdirilməsi istiqamətində böyük sərmayə qoyuluşunu həyata keçirmişdi. 2012 və 2017 arasında ölkə müxtəlif hava dəyişikliyi proqramlarına 1,34 milyard dollardan çox pul xərcləyib. Ötən il dövlət xəbər agentliyi Xinhua-ya görə, hava dəyişikliyi ilə bağlı görülən tədbirlər Çinin qərb bölgəsi Sincanda, kənd təsərrüfatının əsas sahəsinə dolu yağışlarının vurduğu zərərin 70% azalmasına kömək etdi.

ABŞ da daxil olmaqla, digər ölkələrin iqlimin idarə olunması istiqamətinə sərmayə qoyduğu bir vaxtda, Çinin bu texnologiyaya olan həvəsinin artması, xüsusilə kənd təsərrüfatının musson yağışlarından asılı olduğu qonşu Hindistanda bəzi narahatlıqlara səbəb olub. 

İllərdir Hindistanda bəzi mütəxəsislər hava şəraitinin dəyişdirilməsi texnologiyasını Çinin gələcəkdə baş verə biləcək qarşıdurmada potensial təhdid kimi qiymətləndirilir. Çinin iqlim tənzimləyici texnologiyalardan istifadə etməklə Hindistanın kənd təsərüffatı sahəsini iflic edəcəyi və hər hansı toqquşma əsnasında dağ yollarında nəqliyyatın hərəkəti məhdudlaşdıra biləcəyindən ehtiyyat edilir. 

Çinin iqlim sahəsindəki araşdırmalar hər nə qədər daxilə yönəlmiş olsa da irəlidə regiondakı səas rəqiblərinə qarşı da bu amildən istifadə edəcəyi proqnozlaşdırılır.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO