Azərbaycanlı nazir Səudiyyədə jurnalistlərə müsahibə verdi - FOTO

Azərbaycanlı nazir Səudiyyədə jurnalistlərə müsahibə verdi - FOTO

Hazırda oxunan: Azərbaycanlı nazir Səudiyyədə jurnalistlərə müsahibə verdi - FOTO

43017

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun dəvəti ilə Ər-Riyad şəhərində keçirilən “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inauqurasiya mərasimində məruzəçi qismində iştirak edib.

Hökumət, biznes, maliyyə və vətəndaş cəmiyyəti liderlərinin qatıldığı "Yeni fəaliyyət dövrü: canlı vahə” (“A new era of action: Oasis alive”) adı altında keçirilən tədbirdə iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması, yaşıl iqtisadiyyat, enerji keçidi, aşağı emissiyalı sənaye texnologiyalarının tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, hidrogendən enerji məqsədli istifadə kimi bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Bu barədə Bizim.Media-ya Energetika Nazirliyindən bildirilib.

“Dayanıqlılıq və iqtisadi inkişaf” adlı nazirlər panelində çıxış edən Pərviz Şahbazov ekoloji, enerji və iqtisadi dayanıqlılıq arasında balansın təmin olunmasının vacibliyini vurğulayıb.

Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin inkişafının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər sırasına daxil edildiyini bildirən nazir, növbəti onillik ərzində ölkəmizdə “yaşıl enerji” üzrə qoyuluş güclərinin payının 30 faizə çatdırılmasının hədəfləndiyini diqqətə çatdırıb.

Çıxış zamanı işğaldan azad edilmiş ərazilərimizin yaşıl enerji zonasına çevrilməsi istiqamətində işlərin aparıldığı bildirilib.
 

Panel çərçivəsində neft və qaz kimi karbohidrogen mənşəli enerji daşıyıcılarının ekologiyaya təsirinin məhdudlaşdırılması üzrə həllər, karbon qazı emissiyasının ətraf mühitə mənfi təsirinin azaldılması texnologiyalarına sərmayə qoyuluşu, bərpa olunan enerji mənbələrinə qoyulan sərmayələr və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Tədbir çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Əbdül Əziz bin Salman Əl-Səud, investisiya naziri Xalid Əl Falih, OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əl Xəlifə, "Acwa Power" şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan, “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrick Pouyanne, “Air Products” şirkətinin icraçı vitse-prezidenti Samir Serhan ilə görüşlər keçirilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Nazir tədbir zamanı “Bloomberg”, “Arab News”, “Kawa News” və s. kimi beynəlxalq media nümayəndələrinə müsahibələr verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO