Azərbaycanlı nümayəndə Zelenskinin ofisində nələri müzakirə etdi? - DETALLAR

Azərbaycanlı nümayəndə Zelenskinin ofisində nələri müzakirə etdi? - DETALLAR

Hazırda oxunan: Azərbaycanlı nümayəndə Zelenskinin ofisində nələri müzakirə etdi? - DETALLAR

42887

Ukrayna prezidentinin ofisində diaspor nümayəndələri ilə görüş olub.

Bizim.Media xəbər verir ki, Ukraynada yaşayan etnik xalqların problemlərinin müzakirə edildiyi toplantının təşkilatçısı və sədri prezidentin Ukrayna müdafiəçilərinin hüquqları üzrə səlahiyyətli müşaviri Alyona Verbitskaya olub. 

Təşəbbüs qrupunun üzvləri arasında Ukrayna Azərbaycanlıları Radasının baş katibi Məmmədov Ceyhun da olub. 

Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavininin müşaviri, Ukrayna Müdafiəçilərinin Hüquqlarının Müdafiəsi üzrə Məşvərət Şurasının rəhbəri Alyona Verbitskaya görüşdə qaldırılan bütün məsələlərin hərtərəfli araşdırılacağını bildirib.

Ukrayna Azərbaycanlıları Şurasının baş katibi Ceyhun Məmmədov toplantı iştirakçılarına təşəkkür edib.

“Son vaxtlar Ukraynada vətəndaş cəmiyyətinin möhkəmlənməsi istiqamətində uğurlu proektlər həyata keçirilir.  Bu gün isə biz belə innovativ  layihələrdən birinin iştirakçısı olduq”, - deyən Məmmədov hər kəsə uğurlar arzulayıb. 

Sonda belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb və Ukrayna prezidenti Vladimir Zelenskiyə də müraciət ünvanlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO