“İranla hərbi qarşıdurma qaçılmazdır” – Libermandan MÜHARİBƏ ANONSU

“İranla hərbi qarşıdurma qaçılmazdır” – Libermandan MÜHARİBƏ ANONSU

Hazırda oxunan: “İranla hərbi qarşıdurma qaçılmazdır” – Libermandan MÜHARİBƏ ANONSU

0:00
0:00
42759

“İsrailin İranla hərbi qarşıdurması qaçılmazdır, bu artıq zaman məsələsidir”.

Bizim.Media xəbər verir ki, bunu İsrailin maliyyə naziri Aviqdor Liberman oktyabrın 21-də mediaya açıqlamasında deyib.

O, dünya güclərinin Vyanada İranla apardığı atom danışıqlarının nəticə verməyəcəyini vurğulayaraq, ölkəsinin İranla nizami qarşıdurmasının qaçılmaz olduğunu bildirib.

İsrailli nazir İranın Şimali Koreyanı özü üçün nümunə götürdüyünü və Vyana danışıqlarından boyun qaçıraraq nüvə proqramını sürətlə inkişaf etdirdiyini vurğulayıb.

“Hesab edirik ki, heç bir diplomatik addım və ya razılaşma İranın nüvə proqramını irəli aparmasına mane olmayacaq. Məhz buna görə də güman edirəm ki, İsrailin İranla hərbi qarşıdurması qaçılmazdır. Bu artıq zaman məsələsidir. Bu müddət isə çox uzun çəkməyəcək və sonunda onun zamanı gəlib çatacaq.
 

Bu gün İran mövzusu qlobal bir məsələdir, ancaq ondan da əvvəl demək olar ki, bizim məsələmizdir. 


İran rəhbərləri isə açıq-aşkar bildiriblər ki, onların siyasəti və məqsədi İsraili məhv etməkdir. Biz isə buna imkan verməməliyik”, - deyə Aviqdor Liberman qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO