“NATO daxilində Türkiyəyə qarşı quyu qazılır” - Dövlət Bahçeli

“NATO daxilində Türkiyəyə qarşı quyu qazılır” - Dövlət Bahçeli

Hazırda oxunan: “NATO daxilində Türkiyəyə qarşı quyu qazılır” - Dövlət Bahçeli

42461

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli bir qrup NATO üzvünü Türkiyəyə qarşı ittifaq yaratmaqda günahlandırıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Hürriyet nəşri yayıb.

Bahçelinin sözlərinə görə, Egey və Şərqi Aralıq dənizində ittifaq yaradan Yunanıstan Türkiyəyə qarşı cəbhə qurur. 

Bahçeli Yunanıstanın bu il nəinki döyüş təyyarələrinin sayını artırdığını, həm də Fransa ilə NATO prinsiplərinə zidd olan müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilə imzaladığını qeyd edib:

"Açığını deyim ki, NATO daxilində Türkiyəyə qarşı quyu qazılır. Türkiyə təhdid altındadır. ABŞ Dövlət katibi Yunanıstanı bölgədə sabitlik sütunu olaraq təyin edib. Yunanıstan şübhəli reputasiyaya sahib olan bir ölkədir. O, siyasət böhranını düzəltməli və nizama salmalıdır. Fransa, Yunanıstan və ABŞ ilə bağladığı müqavilələrə baxanda, Afina rəhbərliyinin Egey və Aralıq dənizlərində daha da düşmənçilik siyasəti həyata keçirəcəyini başa düşürük”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO